RUSİYA

Rusiya Xarici İşlər Nazirliyi: NATO-nun hərbi təlimləri hərbi insident riskini artırır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, NATO təlimlər zamanı Rusiya təhlükəsini dəf etmək üçün tapşırıqları yerinə yetirəcəklərini gizlətmir.
Sputnik
BAKI, 26 yanvar — Sputnik. NATO-nun Rusiya sərhədləri yaxınlığındakı "Steadfast Defender" təlimləri hərbi insident riskini artırır və faciəvi nəticələrə səbəb ola bilər. Bunu Rusiya XİN rəsmisi mariya Zaxarova bildirib.
"Rusiyanın gərginliyin azaldılması ilə bağlı davamlı çağırışları fonunda Şimali Atlantika blokunun Soyuq Müharibədən bəri ən böyük koalisiya təlimi olan "Steadfast Defender" keçirmək planları suallar doğurur" - Zaxarova brifinqdə deyib.
"Manevrlər açıq-aşkar təxribat xarakterlidir: bir neçə ay ərzində NATO-nun 31 ölkəsi və İsveçin 90 minlik qüvvələr qrupu Norveçdən Rumıniyaya qədər Rusiya sərhədləri yaxınlığında aktiv şəkildə fəaliyyət göstərəcək. Bu addım qəsdən vəziyyəti gərginləşdirməyə yönəlib, hərbi insident risklərini artırır və son nəticədə Avropa üçün faciəvi nəticələrə gətirib çıxara bilər", o əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, NATO təlimlər zamanı Rusiya təhlükəsini dəf etmək üçün tapşırıqları yerinə yetirəcəklərini gizlətmir.
"Onun hərbi komitəsinin sədri admiral Rob Bauer bildirib ki, alyans Rusiya ilə münaqişəyə hazırlaşır. Oxşar şərhlər NATO ölkələrinin rəhbərliyindən də dəfələrlə eşidilib. Beləliklə, alyans həm öz mövcudluğuna haqq qazandırmağa çalışır.Biz öz növbəmizdə NATO ölkələrinə hücum planının olmadığını dəfələrlə bəyan etmişik və bir daha təsdiqləmişik" - Zaxarova əlavə edib.