RUSİYA

Lavrov: İsveçrə XİN BMT-dəki görüşdə Rusiya Federasiyasına vasitəçilik təklif edib

Kassis əmin edib ki, ölkə istənilən məsələdə vasitəçi olmağa hazırdır. Lavrov isə cavab olaraq qeyd edib ki, vasitəçi neytral olmalıdır.
Sputnik
BAKI, 25 yanvar — Sputnik. İsveçrənin xarici işlər naziri İqnazio Kassis BMT-dəki toplantıda rusiyalı həmkarı Sergey Lavrova müraciət edərək Rusiya Federasiyasına vasitəçiliyini təklif edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri mətbuat konfransında danışıb.
Diplomatın sözlərinə görə, Kassis əmin edib ki, ölkə istənilən məsələdə vasitəçi olmağa hazırdır. Lavrov isə cavab olaraq qeyd edib ki, vasitəçi neytral olmalıdır.
Ukrayna münaqişəsinə qədər İsveçrə hərbi və siyasi neytrallığı ilə məşhur idi və bu, ona danışıqlar proseslərini tənzimləməyə imkan verirdi. Ancaq hazırda bu keyfiyyətdən danışmaq çətindir.
"O dedi ki, biz hələ də hazırıq və hər zaman xidmətinizdəyik. Amma mən onun diqqətini ona yönəltdim ki, onların milli təhlükəsizlik strategiyası var" - Lavrov qeyd edib.
Bu strategiyaya əsasən, İsveçrə Avropanın təhlükəsizliyindən ötrü Rusiya ilə birgə olmaq deyil, ona qarşı çıxmaq niyyətindədir.
Daha əvvəl Kassis bildirmişdi ki, İsveçrə Rusiya və Ukrayna arasında sülh danışıqlarının təşkili üzrə dialoqu blokdan çıxarmağa ümid edir. Eyni zamanda, o etiraf etmişdi ki, Rusiya Federasiyası olmadan bu proses tamamilə mümkün deyil.