BAKI, 24 yanvar — Sputnik. Türkiyə Banklar Assosiasiya (TBB) İdarə Heyətinin sədri Alpaslan Çakar türk lirəsinin (TL) ilin sonuna kimi bir dollar üçün 40 lirəyə kimi ucuzlaşacağını gözləyir.
Yanvarın 11-də lirə dollar qarşısında daha bir tarixi minimumu yeniləyərək 1 dollar 30 lirə olub.
"Çakar bildirib ki, hazırda 2024-cü ildə TL doğru alət kimi görünür. Onun fikrincə, USD/TL məzənnəsi bu il inflyasiyadan çox artmayacaq. Dolların dəyəri 39-40 lirə olacaq" - Ekonomim qəzeti onun sözlərini sitat gətirir.
Bazar iştirakçıları, Türkiyə Mərkəzi Bankının ötən həftə keçirdiyi sorğu zamanı dollar-lirə məzənnəsini ilin sonuna kimi 40,63 səviyyəsində proqnozlaşdırmışdı.
Rəsmi statistikaya görə, 2023-cü ilin dekabr ayının sonunda Türkiyədə inflyasiya illik ifadədə 64,77% təşkil edib. Eyni zamanda, bir qrup müstəqil iqtisadçı inflyasiyanı 127,21% səviyyəsində qiymətləndirir. Türkiyə hökuməti 2024-cü ilin sonuna qədər inflyasiyanın təxminən iki dəfə azalacağını - 34%-ə çatacağını gözləyir. Dekabrda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.