CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident seçkisi prosesində mobil səsvermə qutuları təşkil olunacaq

M.Pənahov əlavə edib ki, "Exit-poll"un keçirilməsi üçün 3 təşkilat müraciət edib. Yaxın günlərdə bu müraciətlərə baxılacaq.
Sputnik
BAKI, 24 yanvar — Sputnik. Seçki prosesində xəstələrin və qocaların səs vermələrini təmin etmək üçün mobil səsvermə qutuları təşkil olunacaq. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, əlilliyi olan seçicilərin rahat şəkildə seçki prosesində iştirak etmələri üçün seçki məntəqələrində pandusların quraşdırılmasına da başlanılıb.
M.Pənahov əlavə edib ki, "Exit-poll"un keçirilməsi üçün 3 təşkilat müraciət edib. Yaxın günlərdə bu müraciətlərə baxılacaq.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev,
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.