BAKI, 24 yanvar — Sputnik. Türkiyə parlamentinin İsveçin NATO-ya daxil olmasına razılıq verməsi Ankaranın suveren qərarıdır, digər tərəfdən, onun müttəfiqləri qarşısında öhdəlikləri var. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Türkiyə hələ də Şimali Atlantika Alyansının üzvüdür" deyən Peskov bunun tamamilə açıq bir fakt olduğunu dilə gətirib:
"Ankaranın öz öhdəlikləri var, bu ittifaqla bağlı öz danışıqlar prosesinə malikdir".
Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Belə ki, sənədin lehinə 287 parlament üzvü səs verib.
Parlamentin qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək.
Beləliklə, Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.