BAKI, 23 yanvar — Sputnik. Amerikalı iş adamı İlon Mask ABŞ prezidenti seçkilərində Co Baydenə səs verməyəcəyini bildirib.
Bu barədə o, X* sosial şəbəkəsindəki səhifəsində yazıb.
Beləliklə, o, "CNBC" telekanalına verdiyi müsahibəsini - 2020-ci il seçkilərində Baydenə səs verdiyi barədə söylədiklərini şərh edib.
"Mən bu dəfə Baydenə səs verməyi təsəvvür edə bilmirəm" – sahibkar belə deyib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.
Daha əvvəl Mask ABŞ-ın hazırkı lideri Co Baydeni "cəhənnəm kimi darıxdırıcı" adlandırmışdı. O, həmçinin keçmiş Amerika lideri Donald Trampa "dərin nifrət etdiyini" və onu "fırıldaqçı" hesab etdiyini etiraf edib.