BAKI, 22 yanvar — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərindən keçən hissəsində motorlu qayıqda baş verən nasazlıq səbəbindən 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib və qayıq yedəyə alınaraq sahilə çıxarılıb.