RUSİYA

ABŞ Ukraynanın Baş naziri vəzifəsinə kimi irəli sürüb? Narışkin açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenskinin 2023-cü ilin dekabrında ABŞ-a səfəri zamanı icra hakimiyyəti orqanlarında kadr dəyişiklikləri ilə bağlı tövsiyələr onun diqqətinə çatdırılıb.
Sputnik
BAKI, 22 yanvar — Sputnik. Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin ABŞ-ın Ukraynanın Baş naziri vəzifəsinə ölkənin Vaşinqtondakı səfiri Oksana Markarovanı irəli sürdüyünü söyləyib.
Bu barədə "TASS" XKX-nin mətbuat bürosuna istinadən xəbər verir.
Narışkinin açıqlamasına görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin 2023-cü ilin dekabrında ABŞ-a səfəri zamanı icra hakimiyyəti orqanlarında kadr dəyişiklikləri ilə bağlı tövsiyələr onun diqqətinə çatdırılıb. Belə ki, XKX-nin məlumatına görə, amerikalılar Bluminqtondakı İndiana Universitetində təhsil alan Markarovanı Baş nazir vəzifəsinə irəli sürürlər.
İdarədən həmçinin bildirilib ki, ABŞ Ukraynanın maliyyə naziri vəzifəsinə Maliyyə Nazirliyi rəhbərinin müavini Aleksandr Kavunu, iqtisadiyyat naziri vəzifəsinə isə bu nazirliyin rəis müavini Taras Kaçkanı təklif edir.
Bundan əvvəl ukraynalı siyasətçi Georgi Tuka Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin (USQ) baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etmək qərarına gəldiyini bildirib.
Ukrayna Ali Radanın deputatı Aleksandr Dubinski söyləyib ki, Ukrayna prezidenti 2024-cü ilin martında səlahiyyət müddətinin başa çatması ərəfəsində genişmiqyaslı siyasi təmizləmə əməliyyatı keçirir.
Kiyevin meri Vitaliy Kliçko da Zelenskinin siyasətinin getdikcə avtoritar xarakter aldığını bildirib.