DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ-nin XİN başçıları Brüsseldə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəklər

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel mövzu ilə bağlı təqdimatla çıxış edəcək.
Sputnik
BAKI, 22 yanvar - Sputnik. Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq.
Bu barədə Rusiya mətbuatı diplomatik mənbələrə istinadən xəbər yayıb.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel mövzu ilə bağlı təqdimatla çıxış edəcək.
Bundan başqa, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdəki missiyası və Rusiyaya qarşı 13-cü sanksiyalar paketi haqqında fikir mübadiləsi aparacaqlar.
20.01.24, 19:48
Aİ Yaxın Şərqdəki münaqişənin nizamlanması üçün plan hazırlayıb
Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki münaqişənin hərtərəfli həlli üçün plan hazırlayıb.
Bu, təşkilatın Xarici Siyasət Xidmətinin hazırladığı sənəd layihəsində əksini tapıb.
“Mövcud vəziyyəti nəzərə alaraq və aşkar çətinliklərə, qeyri-müəyyənliklərə baxmayaraq, hərtərəfli sülhə hazırlaşmağın vaxtı çatıb”, - sənəddə qeyd edilib.
10 bənddən ibarət planda Qəzza zolağında sülhün bərqərar olması, müstəqil Fələstin dövlətinin yaradılması və regionda uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün atılacaq addımlar əksini tapıb.
Aİ ölkələrinin xarici işlər nazirlərinin yanvarın 22-də Brüsseldə keçiriləcək görüşündə Yaxın Şərqdəki münaqişənin əsas mövzulardan biri olacağı gözlənilir. Bu görüş zamanı Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri İsrail və Fələstindən olan həmkarları ilə danışıqlar aparacaqlar.