BAKI, 19 yanvar - Sputnik. Türkiyənin 13 əyalətində “Kafes-31” əməliyyatı çərçivəsində 12 ölkə tərəfindən İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 42 şübhəli saxlanılıb.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, bu şəxslər Almaniya, Azərbaycan, Bosniya və Herseqovina, İran, İsveç, Finlandiya, Qazaxıstan, Qırğızıstan, Misir, Rusiya, Türkmənistan və Özbəkistan tərəfindən axtarışa verilib.
Əməliyyat zamanı tutulan şəxslər Mütəşəkkil Cinayətkarlıq Təşkilatına üzvlük, qeyri-qanuni silah ticarəti, narkotik ticarəti, qəsdən adam öldürmə, immiqrant qaçaqmalçılığı, maliyyə fırıldağı, oğurluq və qarət, rəsmi sənədlərin saxtalaşdırılması və vergidən yayınma kimi cinayətləri törətməkdə şübhəli sayılırlar (APA).