RUSİYA

"3+3" əməkdaşlıq mexanizmi perspektivlidir - Lavrov

Rusiya XİN rəhbəri deyir ki, Vaşinqtonun Brüsseldən olan həmkarları ilə birgə inkişaf etdirdiyi hegemonluğu qorumaq kimi geosiyasi oyunundan azaddır.
Sputnik
BAKI, 18 yanvar — Sputnik. Azərbaycan, Ermənistan və Gürcüstan və onların üç ən yaxın qonşusu – Rusiya, İran və Türkiyə ("3+3" formatı) arasında əməkdaşlıq mexanizmi perspektivlidir, çünki bu, qlobal siyasi vəziyyətdən asılı deyil.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.

"Biz təklif etdik ki, üç Cənubi Qafqaz ölkəsi, Ermənistan, Azərbaycan və Gürcüstan və onların üç ən yaxın böyük qonşusu - Rusiya, Türkiyə və İran arasında əməkdaşlıq mexanizmini daha fəal inkişaf etdirək. Bir neçə görüş keçirilib və nümayəndələr iştirak ediblər. Mənə elə gəlir ki, zamanla bu xüsusi format perspektivli olacaq, çünki o, heç bir qlobal geosiyasi vəziyyətdən asılı deyil. Vaşinqtonun Brüsseldən olan həmkarları ilə birgə inkişaf etdirdiyi hegemonluğu qorumaq kimi geosiyasi oyunundan azaddır" - Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Ermənistan və Azərbaycan arasında irəliləyişin olmaması İrəvanın mövqeyi ilə bağlıdır-XİN