BAKI, 17 yanvar — Sputnik. Ukrayna Prezident Vladimir Zelenskinin komandası Ukraynanın və onun əhalisinin mövcudluğunu sual altında qoyub. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 17-də keçirdiyi brifinqdə deyib.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bir müddət əvvəl bildirib ki, Kiyev rejiminə Qərbdən göndərilən silahlar tükənəcəyi təqdirdə ukraynalılar Rusiya ordusu ilə kürəklərlə döyüşəcəklər, çünki Ukraynanın xəritədə mövcudluğu təhlükə altındadır.
"Təəssüf ki, o, Ukraynanın mövcudluğunu konkret olaraq kimin təhlükəyə atdığını deməyib. Axı bunu edən onlardır, Zelenskinin başçılıq etdiyi Kiyev rejiminin bütün dəstəsidir. Məhz bu komanda - Zelenskinin briqadası Ukraynanın mövcudluğunu təhlükə altına alıb" - Zaxarova bildirib.
Diplomat əlavə edib ki, Kiyev rejimi ilk növbədə Ukraynanın marionet hökuməti tərəfindən istənilən hüquqlardan məhrum etməklə öz taleyini müstəqil seçməli olan ukraynalıları təhlükə altına qoyub.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu yaxınlarda qeyd edib ki, Ukraynanın mövcudluğu ölkədəki siyasi sistemdən asılı olmayaraq ukraynalılar üçün təhlükəlidir.