BAKI, 17 yanvar — Sputnik. Rusiyanın Ukrayna ilə münaqişədə qələbəsi Fransa Prezidenti Emmanuel Makron və ya başqasının icazəsindən asılı deyil. Ölkə dediyini edəcək.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa liderinin "Rusiyanın qalib gəlməsinə imkan vermək, beynəlxalq nizamın müəyyən edilmiş qaydalarına artıq əməl olunmayacağı riskinə məruz qalmaq deməkdir" bəyanatını şərh edərkən deyib.
"Əgər Makronda qeyd olunan "qaydaların" surəti varsa, zəhmət olmasa, onları paylaşsın" - Zaxarova özünün "Telegram" kanalında qeyd edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Ukrayna üzrə sülh danışıqlarından söhbət açaraq bildirib ki, onların baş tutması üçün Qərb Kiyev rejiminə silah tədarükünü dayandırmalıdır.