RUSİYA

Rusiya üç illik taxıl ixracı rekordunu yeniləyib

Buğda ixracının həcmi 27,6 milyon ton qiymətləndirilib ki, bu da üç il əvvəlki rekorddan 3,8% çoxdur.
Sputnik
BAKI, 17 yanvar — Sputnik. Ötən il iyulun 1-dən dekabrın 31-dək Rusiya taxıl və paxlalı bitkilərin ixracı üzrə rekordu yeniləyib.
"RİA Novosti" bu barədə "Rusaqrotrans" SC-nin analitik mərkəzinə istinadən xəbər verib.
Söhbət ötən il iyulun 1-dən dekabrın 31-dək olan müddətdən gedir. Ekspertlər qeyd ediblər ki, həmin dövrdə taxıl ixracı, təxminən 39 milyon ton təşkil edib ki, bu da əvvəlki maksimum göstəricidən, yəni 2020-2021-ci illər mövsümündəki 32,7 milyon tondan 19% çoxdur.
Buğda ixracının həcmi 27,6 milyon ton qiymətləndirilib ki, bu da üç il əvvəlki rekorddan 3,8% çoxdur.
Bundan əlavə, dekabrın əvvəlində Rusiya tərəfindən ixracına qadağa qoyduğu bərk buğda ixracının həcmi bütün ötən mövsüm üçün 200 min tona qarşı dekabrda 720 min tona çatıb. Analitik mərkəz əlavə edib ki, Rusiya buğdasının ilk beş idxalçısı siyahısına Türkiyə, Misir, Banqladeş, Əlcəzair və Pakistan daxildir.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Federasiyası 2023-cü ildə bir il əvvəllə müqayisədə 66% çox donuz əti və donuz əti əlavə edilmiş məhsullar ixrac edib ki, bu da rekord göstəricidir. Belə ki, son bir ildə Rusiya bu məhsulların 255 min tonunu xarici bazarlara çıxarıb.