Məlum olub ki, taksi xidməti ilə bağlı yeni tələblərdən kifayət qədər narazı olanlar var. Sürücülər təhsil haqqının ödənişindən gileylənirlər. Bir çox insanlar uzun illər işlədiklərinə görə təlimə ehtiyaclarının olmadığını düşünürlər.
"Bu, çox faydasızdır. 76 manat ödəmək və demək olar ki, bu təlim günlərində işləməmək. Buna görə də heç kim buna razı deyil", - deyə taksi sürücüsü fikrini bölüşüb.
Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təsdiq etdiyi qaydalara əsasən, Azərbaycanda təlim keçməyən sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək.
"Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcəklər və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.