BAKI, 15 yanvar — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğını məhdudlaşdırıb.
Partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.
Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində sexdə partlayış olması barədə ilkin məlumat daxil olub. Bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əlavə məlumat veriləcək.
DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları da əraziyə cəlb edilib.
Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.