AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ermənistan "Sabunçu"da su bəndi tikməyi planlaşdırır?

Layihə sənədlərinə və müqaviləyə əsasən tikinti işlərinin 16 ay davam edəcəyi qeyd olunur.
Sputnik
BAKI, 13 yanvar - Sputnik. Araz çayının əvvəlki məcrasına qaytarılması üçün bənd tikilməsi layihəsi lazım gələrsə, Türkiyə ilə razılaşdırılır. Bu barədə Sputnik Ermənistan-ın sorğusuna cavab olaraq Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin (ƏİİN) mətbuat xidmətindən məlumat verilib.
Agentliyin məlumatına görə, Araz çayını Araksavan (Sabunçu) Burastan (Qarahamzalı) icmaları ərazisində əvvəlki məcrasına qaytarmaq üçün bənd tikintisinin dəyəri təxminən 1 milyon dollar olacaq.
Araz çayı, Türkiyə-Ermənistan sərhəddi
Nazirlikdən onu da qeyd ediblər ki, Ermənistan ƏİİN-in Su Komitəsinin bağladığı müqaviləyə əsasən, tikinti işlərini “AS ŞİN TRANS” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirəcək.

“Hazırda layihə sənədlərinin Rusiya sərhəd qoşunlarının rəhbərliyi ilə, lazım gələrsə, Türkiyə tərəfi ilə razılaşdırılması üçün müzakirələr aparılır. Onlar başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq”, - deyə məlumatda bildirilir.

Müqavilə və layihə sənədlərinə əsasən tikinti işlərinin müddəti 16 ay olacaq.
Ermənistanda Araz çayının məcrasının dəyişməsi nəticəsində yaranmış ada
Bildirilir ki, Ermənistan tərəfində qanunsuz qum hasilatı nəticəsində Türkiyə ilə sərhədin keçdiyi Araks çayı məcrasını dəyişib və təxminən 400 hektar ərazisi olan ada yaranıb.
Problemlərin qarşısını almaq üçün nazirlik çayın sularını əvvəlki məcrasına yönəltmək üçün Araks çayının hazırkı yatağında uzunluğu təxminən 130 m və dərinliyi 8 m olan bənd tikməyi təklif edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Kür və Araz çaylarında su ehtiyatlarının 20 faizədək azalacağı proqnozlaşdırılır