CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladlığa verilmiş uşaqların sayı açıqlanıb

18 yaşınadək əlilliyi olan şəxslərin övladlığa götürülməsinin təşviq edilməsi məqsədi ilə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Övladlığa götürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu il tarixindən indiyədək 504 uşaq övladlığa verilib.
Sosial Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 253-ü oğlan, 251-i isə qızdır.
Məlumatda qeyd edilib ki, 18 yaşınadək əlilliyi olan şəxslərin övladlığa götürülməsinin təşviq edilməsi məqsədi ilə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir.