BAKI, 11 yanvar — Sputnik. Rusiyada yumurtanın qiymətinin artması istehlakın artmağa başlaması və hakimiyyət orqanlarının idxalı vaxtında açmaması səbəbindən baş verib. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Nə baş verdiyini yumurtadan da görmək olar. Sadəcə olaraq, öz mövqeyimizi vaxtında təyin edə bilmədik. İstehsal həcmimiz azalmayıb. İstehlak artıb. Əhalinin birdəfəlik real gəlirləri ilə bir az da olsa artıb, amma yenə də insanların gəlirlərində artımvar. Yumurta və toyuq ətinin alışını artırmağa başlayıblar. Bütün bunların fonunda vaxtında idxalı açmaq barədə düşünmürdülər. Bum! Qiymətlər uçdu", - o, Uzaq Şərq Federal Dairəsinin sahibkarları ilə görüşündə deyib.
Xatırladaq ki, bundan öncə Azərbaycandan Rusiyaya quşçuluq məhsulları və ərzaqlıq yumurtanın ixracı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında razılıq əldə olunub.
Azərbaycanın ardınca Türkiyə də Rusiya Federasiyasına toyuq yumurtasının ixracına başlayıb.
Bildirilib ki, "Rosselxoznadzor" dekabrın 29-dan Türkiyənin 6 müəssisəsindən inkubasiya yumurtalarının tədarükünə icazə verib.
Qərar inkubasiya yumurtalarına mövcud ehtiyacla əlaqədar, həmçinin məhsulların Rusiya və Avrasiya İqtisadi İttifaqının baytarlıq-sanitariya tələblərinə uyğunluğuna zəmanət nəzərə alınmaqla qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.