BAKI, 9 yanvar — Sputnik. Rusiya silahlı qüvvələrinin döyüş qabiliyyətini artırmağa davam edəcək. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
"Bizim yaxın planlarımıza rabitə sisteminin işinin təkmilləşdirilməsi, müasir kəşfiyyat, hədəf təyinat və əks-batareya döyüş vasitələrinin istifadəsinin səmərəliliyinin artırılması daxildir", - nazir bildirib.
"Bu və digər vəzifələrin həlli bizə Silahlı Qüvvələrin döyüş qabiliyyətini artırmağa, ölkəmizə və onun müttəfiqlərinə qarşı təcavüzün qarşısını almağa imkan verəcək", - deyə o qeyd edib.
Şoyqunun sözlərinə görə, nazirlik xüsusi əməliyyat zamanı əldə etdiyi təcrübədən hərbi ali məktəblərdə və akademiyalarda döyüş hazırlığında və tədris prosesində istifadəni davam etdirəcək.
"Biz qoşunlardan istifadənin forma və üsullarını təkmilləşdirməyi, döyüş sənədlərinin, nizamnamə və təlimatların müddəalarını yeniləməyi davam etdirəcəyik", - deyə nazir bildirib.
"Əvvəlki kimi bizim prioritetlərimiz xüsusi hərbi əməliyyat iştirakçılarının və onların ailə üzvlərinin sosial təminatı olaraq qalacaq. Onların hamısına bərabər təminat verilməlidir. Bu, döyüş veteranı statusunun alınmasına, tələb olunan ödənişlərə, mənzil alınmasına, o cümlədən tibbi yardım eabilitasiya və sanatoriya-kurort müalicəsinə aiddir", - deyə Şoqu qeyd edib.