İDMAN

Dünya futbolunun əfsanələrindən biri vəfat edib

Həm futbolçu, həm də məşqçi kimi dünya çempionatının qalibi olan futbolçu 78 yaşında dünyasını dəyişib.
Sputnik
BAKI, 8 yanvar - Sputnik. Futbol üzrə dünya çempionu Frans Bekkenbauer 78 yaşında vəfat edib.
Bu barədə "Spiegel" qəzeti yazıb.
Bekkenbauer Almaniya millisinin tərkibində 1974-cü ildə dünya, 1972-ci ildə Avropa çempionatının qalibi olub.
O, həmçinin 5 dəfə Almaniya çempionatının, 3 dəfə ABŞ çempionatının qalibi olub, 4 dəfə Almaniya Kubokunu qazanıb. Çempionlar Kubokunun 3 qat qalibidir. Bir dəfə isə Kuboklar Kuboku və Qitələrarası Kuboku başı üzərinə qaldırıb.
Bekkenbauer futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri hesab olunur. O, iki dəfə - 1974 və 1976-cı illərdə "Qızıl top"u qazanıb.