DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaponiyada zəlzələdə ölənlərin sayı 128-ə çatıb

Təbii fəlakət zamanı İşikava prefekturasında 1370 ev tamamilə və ya qismən dağılıb, baş verən yanğınlar isə 300-ə yaxın binanı məhv edib.
Sputnik
BAKI, 7 yan — Sputnik. Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yerli icra orqanları məlumat yayıb.
Həmçinin, zəlzələ nəticəsində 560 nəfərin xəsarət aldığı bildirilib.
Qeyd olunub ki, hazırda 222 nəfər itkin düşən şəxsin axtarışı davam edir.
Təbii fəlakət zamanı İşikava prefekturasında 1370 ev tamamilə və ya qismən dağılıb, baş verən yanğınlar isə 300-ə yaxın binanı məhv edib.
Zəlzələ bölgəsində elektrik, su və yanacaq çatışmazlığı müşahidə olunur.
Xatırladaq ki, Yaponiyanın Baş naziri Fumio Kisida jurnalistlərə bildirib ki, zəlzələdən sonra zərər çəkmiş bir sıra rayonlarda elektrik enerjisi kəsilib, su təchizatı dayandırılıb, kommunikasiyalar işləmir. Yaponiyanın şimalındakı Hokkaydo adasından cənub Kyusyuya qədər bütün qərb sahilləri boyunca sunami təhlükəsi elan edilib. Bir neçə güclü zəlzələdən sonra İsikava prefekturasında da böyük sunami təhlükəsi yaranıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.