RUSİYA

RF XİN: Qərb onun aktivlərini müsadirə edərsə, Rusiya cavab verəcək

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Rusiya hakimiyyəti ABŞ və Aİ-nin dondurulmuş Rusiya aktivlərini geri alacağı təqdirdə Qərbin müsadirə olunacaq aktivlərinin siyahısını hazırlayıb.
Sputnik
BAKI, 4 yanvar — Sputnik. Qərb Rusiyanın xaricdəki dondurulmuş aktivlərini müsadirə edərsə, Rusiya cavab verəcək.
“RİA Novosti” bu barədə Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevskiyə istinadən xəbər verib.
Agentliyin həmsöhbəti cavab tədbirləri kimi müsadirə oluna biləcək məbləği açıqlamayıb.
“Moskva dondurulmuş aktivlərlə bağlı vəziyyətin istənilən inkişafına hazırdır. Rusiyanın təklif etdiyi qarşılıqlı mübadilə sxemi vəsaitləri Rusiya tərəfinin yurisdiksiyasında olan qərbli kontragentlər üçün maraqlı ola bilər”, - deyə o, sözünə davam edib.
Bununla belə, əməkdaşlıq hər iki tərəfin istəyini tələb edir. Sanksiyalar şəraitində sakinləri potensial olaraq bu cür mübadilədə iştirak edə biləcək Qərb ölkələrinin hakimiyyət orqanlarının reaksiyasını təxmin etməyə çalışmaq isə mənasızdır. Eyni zamanda, Qərbin buna hazır olduğu təqdirdə Moskva dialoqa açıqdır”, - deyə Biriçevski sözünü yekunlaşdırıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Rusiya hakimiyyəti ABŞ və Aİ-nin dondurulmuş Rusiya aktivlərini geri alacağı təqdirdə Qərbin müsadirə olunacaq aktivlərinin siyahısını hazırlayıb.