BAKI, 3 yanvar - Sputnik. Telegram kanallarında Rusiya prezidenti Vladimir Putinin guya dünya təhlükəsizliyi ilə bağlı sensasion bəyanat hazırlaması ilə bağlı yayımlanan məlumatlar reallığı əks etdirmir.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
Peskov bildirib ki, belə bir şey yoxdur:
"Bunlar yalan məlumatlardır".
Söhbət ötən gecə “Politjoystik” Telegram kanalında Marat Bəşirovun imzası ilə dərc olunan yazıdan gedir. Qeyd edilirib ki, “sabah və ya o biri gün” Putin qlobal təhlükəsizlik məsələləri və xüsusən də Ukrayna məsələsi ilə bağlı sensasiyalı bəyanat verə bilər. Üstəlik, bunun ultimatum deyil, “parametrlərinə görə sərt bəyanat” olacağı vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.