BAKI, 3 yanvar - Sputnik. Əfqanıstanla bağlı Moskva formatının işi 2024-cü ildə də davam etdiriləcək. Bunu TASS-a Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.
O, Moskva formatında işlərin davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib ki, bu görüşlər ilin ikinci yarısında, payızda keçirilir.
"Bu görüşlərlə bağlı vaxt yaxın zamanda bəlli olacaq. Amma qeyd edim ki, bu bizim üçün yeganə format deyil. Ona görə də payıza qədər bunu edəcəyik”, - deyə xüsusi nümayəndə bildirib.
Kabulov qeyd edib ki, ABŞ dondurulmuş Əfqanıstan aktivlərini tam həcmdə və faizlə qaytarmalıdırlar:
"Bu, prinsipial məsələdir. Bunsuz biz özümüzü amerikalılarla eyni tərəfdə görmürük".
Rusiya prezidentinin xüsusi nümayəndəsi onu da bildirib ki, BMT-nin himayəsi altında Əfqanıstanla bağlı geniş iclas yanvarın ikinci yarısında baş tuta bilər:
"Hələlik biz BMT-dən konkret tarix gözləyirik. Orada hamı bu barədə danışır, amma mən belə başa düşürəm ki, iclas yanvarın ikinci yarısında olacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.