Ermənistanın işğalı dövründə Aərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə bir milyondan çox mina yerləşdirilib, buna görə də Qarabağın dirçəldilməsi minalardan təmizləmə prosesi ilə paralel olaraq həyata keçiriləcək.
Bunu politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Ekspert ölkə rəhbərliyinin məcburi köçkünlərin geri qaytarılması ilə bağlı qarşısına böyük hədəflər qoyduğunu vurğulayıb.
Politoloqun sözlərinə görə, insanların öz doğma torpaqlarına qayıtması üçün yaşayış binaları və inzibati binalar tikilir.
"Zəngəzur dəhlizinin açılması ilə Ermənistan böyük siyasi və iqtisadi dividendlər qazanacaq. Əgər o, kommunikasiyaların açılmasında maraqlı olsa, o zaman regionda davamlı təhlükəsizlik uzun illər təmin oluna bilər", - deyə Hüseynov fikrini yekunlaşdırıb.