PAYTAXT XƏBƏRLƏRİ

Bank kartı ilə metrodan keçid mümkün olacaq -Tarix açıqlandı

Bütün bank kartları və mobil cihazlardan birbaşa ödəniş etmək mümkün olacaq.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. 2024-cü ildə bank kartı ilə metrodan keçid mümkün ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
"Hazırda ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan birbaşa ödəniş etmək mümkün olacaq", - deyə qrurm rəsmisi bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin yanvar ayından bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək.
"Sınaqlardan sonra 2024-cü ilin ilk rübünün sonunda müvafiq ödəniş sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur", - məlumatda qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.