RUSİYA

ABŞ Cənubi Qafqazı Rusiyaya qarşı “ikinci cəbhə” açmaq üçün tramplin hesab edir - XİN

Rusiya xarici işlər nazirinin müavini bidlirir ki, Vaşinqton Cənubi Qafqaza Rusiyaya qarşı "ikinci cəbhə" açmaq üçün tramplin kimi baxdığını gizlətmir.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. ABŞ Cənubi Qafqazı Moskvaya qarşı "ikinci cəbhə" açmaq üçün tramplin kimi qiymətləndirir. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RİA Novosti"yə müsahibəsində deyib.

"Vaşinqton gizlətmir ki, onlar Cənubi Qafqaza Rusiyaya qarşı "ikinci cəbhə" açmaq üçün tramplin kimi baxırlar", - deyə Qaluzin bildirib.

Mixail Qaluzin, arxiv
Onun sözlərinə görə, bütün bunlar region xalqlarının həqiqi maraqlarına əsaslı şəkildə ziddir.
Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bir müddət əvvəl "RİA Novosti" və "Rossiya 24" telekanalına müsahibəsində bildirmişdi ki, Qərbin böyük ümid bəslədiyi "Rusiyanın strateji məğlubiyyəti" strategiyası uğursuzluqla nəticələnib.

"Qərb həqiqətən öz taktikasını dəyişir, bəlkə də strategiyasını dəqiqləşdirməyi düşünür. Çünki "Rusiyanın strateji məğlubiyyəti" strategiyadırsa, tavtologiyaya görə bağışlayın, deməli, bu strategiya uğursuzluğa düçar olub", - deyə Lavrov deyib.

Dekabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Nazirlər telefon danışığı zamanı Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə ediblər.
RUSİYA
Qərb Rusiyanın aktivlərini müsadirə edərsə, Moskva simmetrik hərəkət edəcək - XİN