RUSİYA

Peskov: Qərbin Rusiyaya qarşı sanksiyalarının bumeranq effekti göz qabağındadır

Kremlin nümayəndəsi əlavə edib ki, Qərbin dondurulmuş Rusiya aktivlərini müsadirə etmək cəhdləri daha fəlakətli nəticələrə gətirib çıxaracaq.
Sputnik
BAKI, 29 dekabr — Sputnik. ABŞ və Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq edərkən bumeranq effekti haqqında heç düşünməyiblər.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı deyib.
"Ancaq indi bu, artıq göz qabağındadır. Onlar bu barədə nəinki düşünməyiblər, həm də çoxları artıq etdiklərinin doğru olub-olmadığını düşünürlər" - Peskov qeyd edib.
Rusiya dövlət başçısının mətbuat katibi əlavə edib ki, Qərbin dondurulmuş Rusiya aktivlərini müsadirə etmək cəhdləri daha da fəlakətli nəticələrə gətirib çıxaracaq.
Bu yaxınlarda Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev söyləyib ki, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarının ləğvi üçün heç bir ilkin şərt yoxdur.