BAKI, 28 dekabr — Sputnik. Rusiya Finlandiyanın NATO-ya üzv olmağında bu ölkə üçün fayda görmür, çünki Moskva ilə alyans arasında hərbi gərginliyin artacağı təqdirdə, ilk növbədə məhz bu ölkə zərər görəcək.
Bu barədə "RİA Novosti"yə müsahibəsində Rusiya Federasiyasının Vyanada beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
Diplomatın qeyd etdiyi kimi, Moskva ənənəvi olaraq qonşusuna mehriban qonşuluq münasibətləri olan "neytral və ümumiyyətlə, dost ölkə" kimi baxır. Bununla belə, Finlandiyanın NATO-ya daxil olması Rusiya Federasiyasını cavab addımları atmağa – xüsusən də Leninqrad və Moskva hərbi dairələrinin bərpası barədə qərar qəbul etməyə sövq edib.
"Yəni, cavab tədbirləri hər zaman olacaq. Mən, sadəcə Finlandiyanın bundan necə faydalandığını başa düşə bilmirəm. Biz sakit, dinc yaşamışıq. Amma birdən-birə alyansın tərkib hissəsi kimi Rusiya ilə NATO arasında qaldıq. Lakin qonşuyuq və Allah eləməsin, əgər hər hansı bir gərginlik olarsa, bundan birinci Finlandiya özü əziyyət çəkəcək. Əlbəttə ki, bunu heç istəməzdik", - deyə Ulyanov bildirib.
Rusiyanın Vyanadakı daimi nümayəndəsi, həmçinin xatırladıb ki, ABŞ və Finlandiya müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu saziş çərçivəsində Amerika hərbçilərinin müttəfiqinin ərazisindəki hərbi obyektlərə çıxışı olacaq.
"Bu, artıq ciddi bir çağırışdır", - deyə Ulyanov vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.