BAKI, 27 dekabr — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) 2024-cü ildə yeni genişmiqyaslı hücuma keçməyəcək. Əvvəlki əməliyyatın uğursuz olması səbəbindən Kiyev ya müdafiə mövqeyi tutacaq, ya da geri çəkiləcək.
Bu barədə Rusiya mediası Ukraynanın sabiq Baş naziri Nikolay Azarovun öz sosial şəbəkələrində qeydlərinə istinadən xəbər verib.
"Ukrayna intihar hücumlarını dayandırır. Yeni bir hücum olmayacaq, bu, artıq tamamilə aydındır. Məlum məsələdir ki, Kiyev rejimi hazırda tutduqları xətti qoruyub saxlamaq üçün strategiya qəbul edib", - deyə siyasətçi yazıb.
Azarov hesab edir ki, gələn il Ukrayna Silahlı Qüvvələrinin komandanlığı "xüsusi avantüralar" planlaşdırmayacaq və Kiyevin yeni səfərbərlik dalğası planlaşdırmasına baxmayaraq, diqqətini müdafiəyə yönəldəcək.
Siyasətçi bildirib ki, Rusiya müdafiəsini pozmaq üçün əsgərliyə yeni alınmış hərbçilərdən istifadə etmək çox risklidir, çünki bu qədər əsgərin itirilməsi, şübhəsiz ki, "son insan resursları olduğu üçün tam təslim olmağa" gətirib çıxaracaq.
Azarov həmçinin əlavə edib ki, Kiyev böyük ordu saxlamaq bəhanəsi ilə Qərbdən əlavə pul almaq üçün yeni genişmiqyaslı səfərbərliyə ehtiyac duyur. Onun sözlərinə görə, hazırda bu, Kiyev rejimi üçün əsas vəzifədir və heç kim də bunu gizlətmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.