BAKI, 28 dekabr — Sputnik. Avropa İttifaqının Ukraynaya yardımın davam etdirilməsi ilə bağlı mümkün qərarı Xüsusi hərbi əməliyyatın gedişinə təsir göstərə bilməyəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Bu pul xüsusi hərbi əməliyyatın gedişatını dəyişdirə bilməyəcək" - "RİA Novosti" Kreml nümayəndəsindən sitat gətirib.
Peskovun sözlərinə görə, Avropa İttifaqı tərəfindən Ukraynaya maliyyə dəstəyi üzv ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir, çünki bu məqsədlər üçün vəsait xüsusi ilə onların sənayesinin zərərinə ayrılır.
Bundan əvvəl mətbuatda Avropa İttifaqının Macarıstan hakimiyyətinin bu məsələ ilə bağlı etirazlarından yan keçmək üçün öz borcunu artırmaq yolu ilə Ukraynaya 20 milyard avroya qədər yardım planı hazırlaması barədə məlumatlar yayılıb.