RUSİYA

Zaxarova: ABŞ 2024-cü il ərzində Ukraynadakı münaqişəni dəstəkləyə bilər

Vaşinqton Ukrayna və onun sakinlərinin taleyi barədə düşünmədən münaqişənin gələn il uzadılması üçün bütün səylərini göstərəcək.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın 2024-cü il ərzində Ukraynadakı münaqişəni dəstəkləyəcəyi barədə fikir bildirib.
M.Zaxarova bunu "Komsomolskaya Pravda" radiosuna müsahibəsində söyləyib.
Zaxarovanın fikrincə, Vaşinqton Ukrayna və onun sakinlərinin taleyi barədə düşünmədən münaqişənin gələn il uzadılması üçün bütün səylərini göstərəcək.
O, dəqiqləşdirib ki, bundan ötrü ABŞ "özünün vergi ödəyicilərindən pulları qopara" və ya Kiyev rejimini eskalasiyaya və terror aktları törətməyə sövq edə bilər.
"Əlbəttə ki, böyük bir informasiya və sonsuz siyasi şou olacaq, çünki əks halda onlar bu layihənin dağıldığını etiraf etməli olacaqlar. Demokratlar, hazırda seçki dövrünə qədəm qoyanlar üçün bu, ölümə bərabərdir" - diplomat bildirib.
Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Vaşinqtonun əlavə yardımı olmadan Rusiyanın münaqişədə Ukraynanı məğlub edəcəyi riskinin yüksək olduğuna inanır.