RUSİYA

Rusiya ölkədən patron və gilizlərin ixracına qadağanın müddətini uzadıb

Rusiya Federasiyasından patron və gilizlərin ixracına qoyulan qadağanın müddəti 2025-ci ilin 31 dekabr tarixinə qədər uzadılıb.
Sputnik
BAKI, 26 dekabr - Sputnik. Rusiya hökuməti ölkədən patron və gilizlərin ixracına qadağanın müddətini uzadıb.
Bu barədə Rusiya Nazirlər Kabinetinin “Telegram” kanalında məlumat verilib.
Nazirlər Kabinetinin qərarına əsasən, Rusiya Federasiyasından patron və gilizlərin ixracına qoyulan qadağanın müddəti 2025-ci ilin 31 dekabr tarixinə qədər uzadılıb.
Qeyd olunub ki, qəbul edilən qərar dövlət maraqlarının müdafiəsini təmin etmək məqsədi daşıyır.
Hökumətin qərarında qeyd edilib ki, bu tədbir, xüsusən, xidməti istifadə üçün nəzərdə tutulan mallara və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə patron və patronların ixracı zamanı tətbiq edilmir.
Bu qadağa 2023-cü ilin mayında prezidentin “Rusiya Federasiyasının təhlükəsizliyini təmin etmək üçün xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərmanının icrası çərçivəsində tətbiq edilib.