RUSİYA

Rusiya XİN-dən Belqradda baş verənlərə münasibət

Serbiya lideri daha əvvəl demişdi ki, müxalifətin etirazları və təxribat xarakterli bəyanatları heç bir nəticə verməyəcək, çünki ölkədə hakimiyyət ancaq seçkilərdə dəyişir.
Sputnik
BAKI, 25 dekabr — Sputnik. Kollektiv Qərbin "Maydan çevrilişləri" üsullarından istifadə edərək Serbiyada vəziyyəti dəyişmək cəhdləri göz qabağındadır. Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Ölkə konstitusiyasınıa ciddi riayət etmək, öz ölkəsinin milli maraqlarına səs verən serb xalqının seçiminə hörmət etmək yeganə mümkün reaksiyadır", - deyə diplomat bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Serbiya prezidenti Aleksandar Vuçiç xalqa müraciəti zamanı bildirib ki, qərbyönlü müxalifət tərəfdarlarının Belqrad şəhər administrasiyasının binasına basqın etmək cəhdi xarici amillə bağlıdır və məqsəd ölkənin suverenliyinə zərbə vurmaq olub.
Serbiya lideri daha əvvəl demişdi ki, müxalifətin etirazları və təxribat xarakterli bəyanatları heç bir nəticə verməyəcək, çünki ölkədə hakimiyyət ancaq seçkilərdə dəyişir.
Qeyd edək ki, Belqradın mərkəzində Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayan "Serbiya zorakılığa qarşı" müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına basqın etməyə çalışıblar.
Etirazçıların şəhər administrasiyasının binasına daxil olmaq cəhdinə cavab olaraq Belqrad polisi gözyaşardıcı qazdan istifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.