RUSİYA

İnflyasiyanın səbəblərindən biri tələbat artımının təchizatı üstələməsidir – Nabiullina

Rusiya Federasiyasında toyuq yumurtası ilin əvvəlindən 1,5 dəfə bahalaşıb. Rusiyanın kənd təsərrüfatı naziri Yeni ildən sonra Rusiya Federasiyasında toyuq yumurtasının qiymətləri ucuzlaşmağa başlayacağına ümidvar olduğunu deyib.
Sputnik
BAKI, 25 dekabr — Sputnik. Yumurtanın qiymətinin qalxması Rusiyada inflyasiyanın sürətlənməsinin parametrlərindən biridir, ölkədə yüksək inflyasiya ilk növbədə tələbin artımının təklifi üstələməsi ilə bağlıdır. Bunu Rusiya Bankının rəhbəri Elvira Nabiullina söyləyib.
"Bu, parametrlərdən biridir. Qiymət artımı sürəti yüksək olduqda, həmişə nəyinsə qiyməti yüksəlir", - deyə o, "RBC"yə müsahibəsində yumurtaların əvvəllər müşahidə olunan inflyasiya gözləntilərinin yavaşlamasına mane olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib.
Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina

"2021-ci ili xatırlayıram – gah bir növ malın qiyməti kəskin bahalaşırdı, gah digərinin. Maraqıldır ki, yüksək inflyasiyanı hansısa mal növü ilə əlaqələndirmək həvəsi var. Amma təəssüf ki, ortaq səbəblər mövcuddur. Bizim vəziyyətimizdə bu, ilk növbədə, yüksək tələbat artımının təchizat imkanlarını üstələməsi faktıdır", - deyə Nabiullina əlavə edib.

Rusiya Federasiyasında toyuq yumurtası ilin əvvəlindən 1,5 dəfə bahalaşıb. Həftəlik artım tempi hələ də aşağı düşməyib: dekabrın 12-dən 18-dək üstəgəl 4,62%, üstəgəl bir həftə əvvəl 4,55% olub.
Rusiya Prezidenti Vladimir Putin dekabrın 14-də keçirdiyi mətbuat konfransında yumurta və toyuq ətinin qiymətinin vəziyyəti ilə bağlı sualı cavablandırarkən bahalaşmanı, tələbat artsa da, istehsalın artmaması və idxalın vaxtında açılmaması ilə izah edib.
Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev ümid etdiyini bildirib ki, Yeni ildən sonra Rusiya Federasiyasında toyuq yumurtasının qiymətləri ucuzlaşmağa başlayacaq. Nazir idxal rüsumlarının götürülməsini bunun üçün əsas ilkin şərtlərdən biri adlandırıb.
RUSİYA
Azərbaycan yumurtasını Rusiya qeyd-şərtsiz idxal edir
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.