BAKI, 24 dekabr - Sputnik. Külək Tovuzda stadionda işıq dirəyini aşırıb, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu dayanıb.
Ötən gün axşam saatlarında başlayan güclü külək Tovuzda fəsadlara yol açıb.
Rayonun Aşağı Öysüzlü kənd sakini Samirə Əkbərovaya məxsus evin dam örtüyünü eyni zamanda evi əşyaları ilə birlikdə yararsız hala salıb. Hadisə vaxtı xəsarət alan olmayıb. Dəymiş ziyanın hesablanmasına başlanıb.
Bundan başqa, külək kəndə bir neçə evə ziyan vurub. Həmçinin ötən gecədən kəndə elektirik enerjisinin verilməsi dayanıb.
Qeyd edək ki, ötən gün güclü külək nəticəsində Tovuzda futbol oyununu təxirə salıb. Axşam saatlarında başlayan güclü külək Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun dayanmasına səbəb olub. Premyer Liqada ikinci dövrənin son turunun oyunu çərçivəsində ilk qarşılaşma Tovuz şəhərində olub.
"Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edib. Oyun "Turan Tovuz"un 2:1 üstünlüyü ilə yekunlaşmaq üzrə olsa da, 81-ci dəqiqədə stadionun işıq dirəklərindən biri küləyin təsirindən aşıb. Nəticədə oyun dayanıb.