İDMAN

Kimyagər milyarder “Mançester Yunayted” klubunun səhmlərini alıb

Bundan əvvəl “Qırmızı Şeytanlar” yalnız 2005-ci ildə 1,34 milyard dollara “Mançester Yunayted”i satın alan Coel və Avram Qleyzerə məxsus idi.
Sputnik
BAKI, 24 dekabr - Sputnik. Kimya nəhəngi “İneos”un sahibi Cim Ratkliff İngiltərənin “Mançester Yunayted” futbol klubunun səhmlərinin 25%-ni alıb.
Bu barədə Report klubun mətbuat xidmətinə istinadla məlumat yayıb.
Belə ki, Britaniyanın “Trawlers Limited” şirkəti klubun “B” sinifli səhmlərin 25%-ni alıb və həmçinin klub rəhbərliyi ilə “A” sinifli səhmlərin 25%-ə qədərini almağa razılaşıb.
Müqavilənin dəyəri 1,2 milyard funt sterlinq (1,52 milyard ABŞ dolları - Qeyd) təşkil edib.
Milyarder həmçinin “Old Trafford” stadionunun infrastrukturuna 300 milyon dollar sərmayə qoyacaq ki, bunun da 200 milyon dolları müqavilə bağlandıqdan sonra, daha 100 milyon dolları isə 2024-cü ilin sonuna kimi ödəniləcək.
“İneos” şirkətinə həmçinin klubun futbol əməliyyatlarını idarə etmək hüququ veriləcək.
Bundan əvvəl “Qırmızı Şeytanlar” yalnız 2005-ci ildə 1,34 milyard dollara “Mançester Yunayted”i satın alan Coel və Avram Qleyzerə məxsus idi.