İDMAN

Tovuz stadionunda işıq dirəyi aşıb, oyun dayandırılıb

Görüşün təxirə salınması gözlənilir.
Sputnik
BAKI, 23 dekabr - Sputnik. Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri aşıb.
Hadisə qarşılaşmanın 81-ci dəqiqəsində baş verib.
Meydan sahibləri hesabda 2:1 öndə olarkən güclü küləyin təsirindən işıq dirəyi qırılıb və nəticədə qarşılaşma yarımçıq dayandırılıb. Hakimlər və komandalar meydançanı tərk ediblər.
Görüşün təxirə salınması gözlənilir.