DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fitso: Dünyadakı bütün silahlar Ukraynaya Rusiyanı məğlub etməyə kömək etməyəcək

Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Rusiya heç vaxt hərbi cəhətdən məğlub olmayacaq.
Sputnik
BAKI, 23 dekabr — Sputnik. Qərb dünyanın bütün silahlarını ona kömək üçün göndərsə belə, Ukrayna döyüş meydanında Rusiyaya qalib gələ bilməyəcək.
Bu fikri “pravda.sk” saytına müsahibəsində Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
Onun sözlərinə görə, nəhayət etiraf etməyin vaxtı çatıb ki, heç bir yardım, o cümlədən maliyyə yardımı Ukraynaya vəziyyəti hərbi cəhətdən öz xeyrinə çevirməyə kömək etməyəcək.
“Biz özümüzə etiraf etməli və deməliyik: Ukraynanın vəziyyəti hərbi yolla döndərmək üçün kifayət qədər gücü yoxdur. O, heç bir əks-hücum etmək iqtidarında deyil. Dünyadakı bütün silahları, bütün pulları ora tökə bilərik. Amma Rusiya heç vaxt hərbi cəhətdən məğlub olmayacaq”, – siyasətçi buna əmindir.
O əlavə edib ki, Ukraynadakı münaqişə hərbi yolla həll edilə bilməz. Fitso hesab edirki, 2023-cü və 2024-cü illərin qovşağında Moskva Ukrayna böhranının həlli üçün şərtləri diktə etməyə başlayacaq.
Fitso daha əvvəl bəyan etmişdi ki, Ukraynanın NATO-ya daxil olması üçüncü dünya müharibəsinin başlamasına səbəb olacaq. Slovakiyanın baş naziri onu da qeyd edib ki, Qərb Rusiyanı zəiflətmək üçün Ukraynadan istifadə edir.