BAKI, 22 dekabr — Sputnik. Rusiyanın guya Ukraynanın mədəni irsini məhv etdiyinə dair heç bir fakt yoxdur. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov UNESCO üzrə Rusiya Komissiyasının ümumi iclasında deyib.
"Ukrayna mədəni irsinin dağıdılmasına görə Rusiyaya böhtan atmaq cəhdləri var. Bununla bağlı heç kim heç bir fakt təqdim edə bilmir, çünki onlar sadəcə mövcud deyil", - o deyib.
"Necə ki, YUNESKO-nun təqsirkar göstərməyə haqqı yoxdur, yeri gəlmişkən, bunu YUNESKO katibliyinin əməkdaşlarının özləri də şəxsi söhbətlərdə etiraf edirlər", - nazir qeyd edib.
Lavrov Qərbin YUNESKO-nun fəaliyyətini siyasiləşdirmək cəhdlərini qeyd edib.
"Ötən il YUNESKO üçün asan olmadı. Bilirsiniz ki, xüsusi hərbi əməliyyat başlayandan sonra kollektiv Qərb YUNESKO-nu daha da siyasiləşdirmək, onun gündəmini Ukraynaya çevirmək səylərini artırmağa başladı. Bədnam ikili standartlar mütəmadi olaraq özünü büruzə verir. Qərbin irəli sürdüyü anti-Rusiya qərarları YUNESKO-nun mandatından kənara çıxır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.