İDMAN

Rövşən Xəlilov Moskvada dünya çempionu olub

Onu da qeyd edək ki, R.Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı beşqat dünya çempionudur.
Sputnik
BAKI, 19 dekabr — Sputnik. Dekabrın 16-17-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində pauerliftinq (WRPF) üzrə dünya çempionatı keçirilib.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, çempionatda 29 ölkənin 4000-dən çox idmançısı mübarizə aparıb. Yarışda ölkəmizi təmsil edən idmançılar sırasında FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov da olub.
75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ümumilikdə 707.5 kq-ın (squat hərəkətində 245 kq - yeni Azərbaycan rekordu, deadlift hərəkətində 292.5 kq - yeni dünya rekordu, bench press hərəkətində isə 170 kq), iki hərəkətin cəmində isə 462,5 kq-ın (bench press + deadlift) öhdəsindən gələrək iki qızıl medala sahib olub.
Onu da qeyd edək ki, R.Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı beşqat dünya çempionudur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.