RUSİYA

Rusiya və Çin əməkdaşlığının dərinləşməsinə ümid edirik - Çin Xarici İşlər Nazirliyi

Rusiya hökumətinin başçısı Çin Xalq Respublikasının sədri Si Cinpin və Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Tsyan ilə görüşəcək.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Çin tərəfi Rusiyanın baş naziri Mixail Mişustinin gözlənilən səfəri ilə Çin və Rusiya Federasiyası arasında əməkdaşlığı dərinləşdirməyə ümid edir. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.
Mişustin dekabrın 19-20-də Çinə işgüzar səfər edəcək. Rusiya hökumət başçısı Çin Xalq Respublikasının sədri Si Cinpin və Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Tsyan ilə görüşəcək.
"Biz baş nazirlərin bu müntəzəm görüşü vasitəsilə iki tərəf arasında əməkdaşlığın dərinləşməsinə, humanitar və regional əməkdaşlığın genişləndirilməsinə, yeni dövrdə Çin və Rusiya arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın daha da dərinləşməsinə ümid edirik" - Van Venbin bildirib.
Diplomat qeyd edib ki, qarşıdakı görüş zamanı tərəflər arasında işgüzar əməkdaşlıq, ikitərəfli əlaqələr, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.
Van Venbin vurğulayıb ki, Çin sədri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinin strateji rəhbərliyi altında Çin-Rusiya münasibətləri "sağlam və sabit inkişaf"ı qoruyub saxlayır.