İDMAN

Səudiyyə Ərəbistanı Liqasının rəsmisi Mbappenin transferindən danışıb

Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir.
Sputnik
BAKI, 17 dekabr - Sputnik. Səudiyyə Ərəbistanı Liqasının texniki direktoru Maykl Emenalo PSJ-nin hücumçusu Kilian Mbappenin çempionata keçmə ehtimalından danışıb.
Bu barədə "Report" xəbər verir.
"Mbappe ilə bağlı söhbət açıqdır, lakin onun nə etmək istədiyini bilmirik. Bizim mövqeyimiz çox aydındır. Bu səviyyədə olan bütün oyunçular bizim harada olduğumuzu bilirlər.
Əgər onun indi və ya gələcəkdə qurduğumuzun bir hissəsi olmaq imkanı və ya marağı varsa, bu fürsətdən imtina edə bilmərik. Mbappe sevdiyim oyunçudur”, - Emenalo deyib.
Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Hazırda onun transfer dəyəri 180 milyon avro qiymətləndirilir. Mbappe bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib, 18 qol vurub və 2 məhsuldar ötürmə edib.