“Ümid edirik ki, bütün dünyaya təsir edən bu müharibə (Ukraynadakı münaqişə - TASS-ın qeydi) mümkün qədər tez başa çatacaq. Ölkəmizin koordinasiyası ilə bağlanmış və səmərəliliyinə görə ərzaq böhranının aradan qaldırılmasına böyük töhfə vermiş Qara dəniz taxıl sazişinin yenilənməsi istiqamətində öz tərəfimizdən təşəbbüslər həyata keçirməyə davam edirik”, - deyə CNN Türk telekanalı nazirə istinadən xəbər verib.
“Görüş Qara dənizdə mina təhlükəsi ilə mübarizə məqsədilə irəli sürdüyümüz üçtərəfli təşəbbüs çərçivəsində keçirilib. Biz 2024-cü il yanvarın 11-də İstanbulda üç ölkənin (Bolqarıstan, Rumıniya və Türkiyənin - TASS-ın qeydi) müdafiə nazirlərinin iştirakı ilə [müvafiq sazişin] imzalanma mərasimini keçirməyi planlaşdırırıq”, - deyə türkiyəli nazir bildirib.