RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Lavrov: Ukraynada döyüşlər uzandıqca, sülh dialoqunun başlanması şərtləri çətinləşəcək

Lavrov bir daha bildirib ki, Rusiya heç vaxt danışıqlardan qaçmayıb.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. Ukraynada hərbi əməliyyatlar nə qədər uzun davam edərsə, sülh danışıqlarının başlaya biləcəyi şərtlər bir o qədər çətinləşəcək.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Vaxtında prezident deyib ki, hazırda danışıqlara qarşı olanlar – burada o, Zelenskiyə artıq əldə edilmiş razılaşmanı 2022-ci ilin aprelində imzalamağı qadağan edənləri nəzərdə tutub - başa düşməlidirlər ki, Zelenskini nə qədər uzun müddət müharibə aparmağa məcbur edərlərsə, danışıqların başlaya biləcəyi şərtlər onlar üçün o qədər çətin olacaq", - deyə Lavrov Rusiya Xarici Işlər Nazirliyi və Belarus Xarici Işlər Nazirliyinin kollegiyalarının iclasının yekununda bildirib.
Lavrov bir daha bildirib ki, Rusiya heç vaxt danışıqlardan qaçmayıb.