BAKI, 15 dekabr — Sputnik. Dubayda keçirilən BMT-nin İqlim Konfransı (COP28) olduqca adi oldu, lakin gözlənildiyindən daha çox şey əldə edildi; əsas addım yeni iqlim fondunun işə salınması idi.
Bunu iqlimşünas Aleksey Kokorin "RİA Novosti"yə bildirib.
"Konfransın olduqca adi olacağı gözlənilirdi və belə də oldu. Mən onu kiçik bir uğur kimi qiymətləndirərdim, amma təbii ki, heç bir halda uğursuzluq deyildi. Ümumiyyətlə, ekspert cəmyyətində nail olunduğundan daha az şey planlaşdırılmışdı və gözlənilirdi", - deyə Kokorin bildirib.
Onun sözlərinə görə, konfransdan sonrakı əsas "addım" ən həssas ölkələrə İqlim Dəyişikliklərindən İtkilər və Zərərlər üzrə Fondun fəaliyyətə başlaması olub. Konfransın keçirilməsi zamanı o, artıq 800 milyon dollara yaxın vəsait cəlb edib.
"Ən vacib sual bu vəsaiti alanın kim olması idi. Bəzi inkişaf etmiş ölkələr hesab edirdilər ki, bunlar yalnız ən zəif inkişaf etmiş ölkələrdir, BMT-nin siyahısında onların sayı 50-yə yaxındır və bir də, su altında qalan kiçik ada dövlətləri... Lakin yenə də belə bir tezis müdafiə edildi ki, bütün inkişaf etməkdə olan ölkələr, o cümlədən buzlaqların azaldığı Mərkəzi Asiya ölkələri", - deyə ekspert izah edib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında (COP28) Tərəflərin növbəti, 28-ci Konfransı dekabrın 13-də Dubayda başa çatıb.