RUSİYA

Peskov: NATO-nun Finlandiyadakı silahları Rusiya üçün təhlükə yaradacaq

Hazırda Finlandiya NATO ölkəsi olduğu üçün Şimali Atlantika Alyansının infrastrukturu Rusiya üçün təhlükə yaradacaq.
Sputnik
BAKI, 15 dekabr — Sputnik. Finlandiya öz ərazisində NATO silahlarını yerləşdirərsə, bu, Moskva ilə Helsinki arasında münasibətlərdə gərginliyə səbəb olacaq.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
"Biz yalnız təəssüflənə bilərik, çünki Finlandiya ilə əla münasibətlərimiz var idi. Heç kim heç kimə hədə-qorxu gəlməyib, qarşılıqlı iddialar olmayıb, heç kim maraqlara toxunmayıb, qarşılıqlı maraqlar olub", - deyə Peskov vurğulayıb.
Kreml rəsmisi əlavə edib ki, hazırda Finlandiya NATO ölkəsi olduğu üçün Şimali Atlantika Alyansının infrastrukturu Rusiya üçün təhlükə yaradacaq.
Xatırladaq ki, Finlandiya bu ilin aprelində rəsmi olaraq NATO-ya üzv olub. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko daha əvvəl bildirmişdi ki, Finlandiya öz ərazisində xarici NATO kontingentini qəbul etməyə hazırdır və artıq müvafiq sazişlər bağlayıb.