FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Qarabağ"dan bir ilk - Klub UEFA Avropa Liqasının pley-off mərhələsində

Ağdamın "Qarabağ" klubu tarixində ilk dəfə olaraq UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Sputnik
BAKI, 14 dekabr - Sputnik. Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Hakken" (İsveç) oyunu keçirilib.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma saat 21:45-də start götürüb.
Matçı albaniyalı FIFA referisi Yucin Caya idarə edib.
1 / 14

"Qarabağ"dan bir ilk - Klub UEFA Avropa Liqasının pley-off mərhələsində.

2 / 14

3 / 14

4 / 14

5 / 14

6 / 14

7 / 14

8 / 14

9 / 14

10 / 14

11 / 14

12 / 14

13 / 14

14 / 14

Qarşılaşmanın 1-ci dəqiqəsində Azərbaycan təmsilçisi hesabı açıb, Leandro Andrade fərqlənib - 1:0.
45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə məyus edib - 2:0. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə, Azərbaycan təmsilçisinin heyətində Marko Veşoviç 56-cı dəqiqədə birbaşa qırmızə vərəqə alaraq meydandan qovulub.
Oyuna artırılmış vaxtda (90+4) Bədavi Hüseynov topu öz qapısından keçirib - 2:1.
Oyun 2:1 hesabı ilə Ağdam klubunun qələbəsi ilə başa çatıb.
Beləliklə, Ağdamın "Qarabağ" klubu tarixində ilk dəfə olaraq UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Qrupun qalibi isə Almaniyanın "Bayer" klubu olub - 18 xal. "Qarabağ" 10 xalla ikinci, "Molde" (Norveç) 7 xalla üçüncü olub. "Hakken" isə 0 xalla qonuncu yerdə qərarlaşıb.