RUSİYA

Rusiyanın Federasiya Şurası məktəblərdə telefondan istifadənin məhdudlaşmasını təsdiqləyib

Qanun müəllimlərin öz insan ləyaqətinə hörmət etmək və zorakılığın bütün formalarından müdafiə hüququnu nəzərdə tutur. Əvvəllər belə hüquqa yalnız məktəblilər malik idilər.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Rusiyanın Federasiya Şurası məktəblərdə telefondan istifadəni məhdudlaşdıran qanunu təsdiqləyib. Telefonlar yalnız fövqəladə hallarda - məsələn, tələbələrin və müəllimlərin həyatı və ya sağlamlığı üçün təhlükə yarandıqda istifadə edilə bilər.
Qanun, həmçinin 2024-cü il sentyabrın 1-dən ibtidai və orta məktəblərdə icbari əmək dərsinin tətbiqini də müəyyən edib.
Təşəbbüs daxili qaydaları pozan tələbələrə intizam tənbehinin tətbiqi ilə bağlı müəllimlərin müraciətlərinə təhsil təşkilatının rəhbərliyi tərəfindən məcburi baxılması mexanizminin tətbiqini nəzərdə tutur.
Qanunda qeyd olunur ki, daxili nizam-intizam qaydalarına əməl olunmasına, o cümlədən dərslərdə intizama və təşkilatda davranış qaydalarına riayət olunmasına nəzarət müəllimlər və təhsil təşkilatlarının rəhbərləri, habelə digər vəzifəli şəxslər tərəfindən həyata keçirilir.
Bundan əlavə, təhsil təşkilatı rəhbərinin təhsil münasibətləri iştirakçılarının hüquqlarının müdafiəsinə, onlara qarşı fiziki və psixi zorakılığın qarşısının alınmasına yönəlmiş zəruri tədbirlər görmək öhdəliyini müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.